"Zirə"nin hücumçusu Davit Volkov Misli Premyer Liqasının XXIX turunda "Turan Tovuz"la səfər matçında (1:1) vurduğu qolla yadda qalıb.
Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu qol gürcüstanlı legionerin ölkə çempionatlarında vurduğu 60-cı qol olub. Təcrübəli forvard bu göstəriciyə 198-ci oyununda çatıb.
Azərbaycan karyerasına 2018/2019 mövsümündə başlayan Volkov bu qollara üç fərqli klubun heyətində imza atıb:
"Zirə": 37 qol (108 oyun)
"Sabah": 16 qol (63 oyun)
"Qəbələ": 7 qol (27 oyun)
Bununla da Volkov Azərbaycan çempionatları tarixində 60 və daha çox qol vuran 31-ci futbolçu kimi tarixə düşüb.


