Yannik Sinner Madrid Masters turnirində Kameron Norrini 6-2, 7-5 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, italiyalının oyunu səhər saat 11:00-da başlamalı olub ki, onun potensial rəqibi Rafael Jodar bərpa olunmaq üçün daha çox vaxt qazansın. Belə ki, Jodar bir gün əvvəlki matçını gecə saat 01:00-da bitirmişdi.

Sinner oyun sonrasında turnirin cədvəli ilə bağlı narazılığını belə ifadə edib:

*Gecə saat 20:00-da iki oyunun təyin edilməsi çox gecdir. Matç 01:30-da bitdikdə, tennisçinin yemək yeməsi və fizioterapiya prosedurlarından keçməsi səhərə qədər vaxt aparır. Arada bir günlük fasilə olsa belə, bu rejim idmançı bədəni üçün çox ağırdır*.

Italiyalı tennisçi təşkilatçıları oyunçuların sağlamlığını qorumaq üçün cədvəldə ciddi dəyişikliklər etməyə çağırıb.