"Neftçi" İdman Klubu və Albert Aqarunov adına "Chess Master" Şahmat Klubu Milli Qəhrəmanın anadan olmasının 57-ci ildönümünə həsr olunmuş birgə turnir keçirib.
Offsideplus.az xəbər verir ki, 55 şahmatçının qatıldığı yarışda əsas məqsəd Albert Aqarunovun xatirəsini yad etmək və gənclər arasında şahmatı təbliğ etmək olub.
Yekun nəticələrə əsasən, oğlanlar arasında Məhəmməd Mustafayev ("Neftçi" İK), qızlar arasında isə Məryəm Qeybullayeva (Xaçmaz rayon UGİŞM) qalib adını qazanıblar. Digər yerlərdə Asim Şeydayev, Hüseyn Mirheydərov, Zəhra Cabbarova və Aminə Amanzadə qərarlaşıblar.
Qalib və mükafatçılara diplom, medal və xatirə hədiyyələri təqdim olunub.








