Misli Premyer Liqasının XXIX turunda keçirilən "Neftçi" - "Qarabağ" derbisi (1:5) böyük azarkeş marağı ilə yadda qalıb.

Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, "Neftçi Arena"da baş tutan qarşılaşmanı stadiondan 9500 tamaşaçı izləyib. Bu rəqəm Bakı təmsilçisinin son 15 mövsümdəki ev oyunları üçün rekord göstəricidir.

"Ağ-qaralar"ın doğma meydan matçlarında bundan daha yüksək göstərici sonuncu dəfə 2010/11 mövsümündə qeydə alınıb.

Belə ki, 2011-ci il fevralın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Neftçi" – "Xəzər Lənkəran" (0:0) görüşünü 10 min seyrçi tribunalardan təqib etmişdi.