İngiltərə Premyer Liqası "Mançester Siti" rəhbərliyinin "Kristal Pelas" və "Bornmut"la oyunların təxirə salınması ilə bağlı müraciətinə "yox" cavabı verib.
Offsideplus.az xəbər verir ki, klubun İngiltərə Kubokunun (FA Cup) finalı səbəbindən təqvimi dəyişdirmək istəyi qəbul edilməyib. Bu qərardan sonra "şəhərlilər" cəmi 7 gün ərzində 3 taleyüklü matça çıxmaq məcburiyyətində qalacaqlar.
"Mançester Siti"nin gərgin oyun cədvəli:
- 13 may: "Kristal Pelas"
- 16 may: "Çelsi" (FA Cup finalı)
- 19 may: "Bornmut"
Pep Qvardiolanın komandası həm Premyer Liqada çempionluq yarışı, həm də kubok finalı üçün olduqca fiziki və psixoloji gərginlik vəd edən bir həftəyə hazırlaşır.


