Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azərbaycanlı güləşçiləri qəbul edib.
Offsideplus.az xəbər verir ki, bu barədə president.az saytı məlumat yayıb.
Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançılar və onların məşqçiləri İ.Əliyev tərəfindən qəbul olunub.


