Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında komanda hesabında birinci olan sərbəst güləş üzrə milli komandamız vətənə qayıdıb. 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan çempionlar üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli qarşılanma mərasimi təşkil olunub.
Offsideplus.az xəbər verir ki, 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan çempionlar üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli qarşılanma mərasimi təşkil olunub.
qitənin ən güclüsü olan yığmanın üzvləri və məşqçi heyəti qələbə təəssüratlarını bölüşüblər:
Xetaq Qazyumov (Baş məşqçi): "Komanda çempionluğu birgə əməyin nəticəsidir. Federasiyaya və bizi dəstəkləyən hər kəsə minnətdarıq. İndi bir az istirahət edib, dünya çempionatının hazırlığına başlayacağıq".
İslam Bazarqanov (Avropa çempionu): "İki bürüncdən sonra nəhayət medalın əyarını qızıla çevirə bildim. Finalda rəqib fərqi azaltsa da, qələbəni qorudum".
Ali Tsokayev (Avropa çempionu): "Böyüklər arasında debütümdə çempion olduğum üçün çox xoşbəxtəm. Bu uğuru federasiyaya və azarkeşlərə həsr edirəm".
Giorgi Meşvildişvili (Avropa çempionu): "Titulumu qorudum. Karyeram boyu Azərbaycan güləşinə fayda verməyə çalışacağam".
Turan Bayramov (Avropa ikincisi): "Beş ildən sonra yenidən finala yüksəldim. 74 kq-da rəqabət böyükdür, gümüşü qızıla çevirmək üçün daha çox çalışacağam".
Arseniy Djioyev (Avropa ikincisi): "Federasiya bizim üçün hər cür şərait yaratmışdı. Doğru yolda olduğumuzu sübut etdik."
Cəbrayıl Hacıyev (Avropa üçüncüsü): "Avropa çempionatında ilk medalımı qazandım. Yarımfinaldakı səhvlərimi dünya çempionatında təkrarlamayacağam."
Osman Nurmaqomedov: "97 kq-da ilk sınağım idi. Fiziki gücümü artırıb dünya çempionatına qədər özümü sübut etmək istəyirəm. Avropanın ən yaxşı məşqçisi seçilən Xetaq Qazyumova təşəkkür edirəm".


