Frensis Nqannu Şon Striklend və Xamzat Çimayev arasında baş tutacaq döyüş barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Nqannu Striklendin hazırlıq prosesini yüksək qiymətləndirib:
"Şon yaxşı komanda yoldaşıdır, uzun illərdir eyni zalda məşq edirik. Həmzətə qarşı döyüş fərqli olacaq. Bu, çox çətin sınaqdır, lakin Şonun uyğun sparrinq tərəfdaşı var. O, xüsusilə güləş hazırlığına diqqət yetirərək tapşırıqların öhdəsindən əla gəlir".
Qeyd edək ki, Çimayev və Striklend mayın 10-da yarımorta çəki dərəcəsində kəmər uğrunda qarşılaşacaqlar.


