Almaniya nəhəngi "Bayern Münhen" avrokuboklarda son 31 ilin antirekordunu təkrarlayıb.

Offsideplus.az xarici mediaya istinadən xəbər verir ki, Münhen təmsilçisi Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ-yə Parisdə 4:5 hesabı ilə uduzub. Bu, komandanın 1995-ci ilin aprelindən bəri beynəlxalq arenada bir matçda buraxdığı ən çox qol sayıdır.

"Bayern Münhen" sonuncu dəfə analoji göstərici ilə 1994/1995 mövsümündə üzləşmişdi. Həmin vaxt Çempionlar Liqasının yarımfinalında "Ayaks"la qarşılaşan münhenlilər meydanı 2:5 hesablı məğlubiyyətlə tərk etmişdilər.

Qeyd edək ki, Almaniya və Fransa çempionları arasındakı cavab qarşılaşması mayın 6-da Münhendə baş tutacaq. Bu cütün qalibi finalda "Atletiko" – "Arsenal" duelinin qalibi ilə üz-üzə gələcək.