"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone, sabah "Arsenal"a qarşı keçiriləcək Çempionlar Liqasının yarımfinal oyunu öncəsi komandanın üzərindəki qələbə gözləntilərini təzyiq deyil, böyük bir məsuliyyət adlandırıb.
Offsideplus.az xəbər verir ki, tarixi boyu üç Çempionlar Liqası finalında məğlub olan və bu mövsüm həm La Liqada, həm də Kral Kubokunda uğursuzluq yaşayan Madrid təmsilçisi üçün Çempionlar Liqası yeganə titul şansıdır.
Buna baxmayaraq, Simeone keçmiş məğlubiyyətlərə və beş illik kubok həsrətinə fokuslanmaq əvəzinə, "Arsenal"a problem yaradacaq bir oyun planı ilə qələbə qazanmaq niyyətində olduqlarını vurğulayıb.


