UEFA “Tottenhem Hotspur” klubuna şərti cəza tətbiq edib.
Offsideplus.az xəbər verir ki, buna Almaniyada “Ayntraxt Frankfurt”a qarşı keçirilən oyunda üç azarkeşin nasist salamı verməsi səbəb olub.
Qərara əsasən, London klubuna bir Avropa matçı üçün səfər azarkeşlərinə qadağa verilib.
Bu qadağa şərtidir və oxşar hadisə yenidən təkrarlanacağı halda qüvvəyə minəcək.



