“Yuventus” niderlandlı yarımmüdafiəçi Teun Kopmeynersi satmağa hazırdır.
Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi 28 yaşlı futbolçu üçün minimum 26 milyon funt-sterlinq tələb edir. Oyunçu ilə “Qalatasaray” və “Roma” klublarının maraqlandığı bildirilir.
Kopmeyners 2024-cü ilin avqustunda 50 milyon funt-sterlinqdən artıq məbləğə “Yuventus”a transfer olunub.
Lakin o, bu müddət ərzində keçirdiyi 70 oyunda cəmi 3 məhsuldar ötürmə ilə yadda qalıb.



