"Yuventus"un hücumçusu Duşan Vlahoviçin" Milan"la razılığa yaxınlaşdığı bildirilir.
Offsideplus.az xəbər verir ki, "Barselona" rəhbərliyi futbolçuya olan marağını azaldıb. Katalon klubu yayda müqaviləsi bitəcək Robert Levandovskinin mümkün gedişinə hazırlaşsa da, Vlahoviç rəhbərliyi inandıra bilməyib.
Serbiyalı hücumçunun mövsümə 12 milyon avro maaş tələbi və 17 oyunda cəmi 6 qol vurması Barça üçün əsas maneələr olub.
Bu vəziyyət "Milan"ın transfer yarışında favorit mövqeyə yüksəlməsinə şərait yaradıb.



