Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman “Barselona”nı tam şəkildə satın almaq üçün böyük təklif planlayıb.
Offsideplus.az xəbər verir ki, o, 10 milyard avroluq tarixi təklif hazırlayıb.
Məlumata görə, bu məbləğ katalon klubunun təxminən 2,5 milyard avro həcmində qiymətləndirilən nəhəng borcunu dərhal bağlamağa imkan verəcək.
Belə bir addım reallaşacağı təqdirdə, bu, futbol tarixində ən böyük satınalmalardan biri ola bilər və “Barselona”nın maliyyə vəziyyətində köklü dönüş yaradacaq.



