"Selta" baş məşqçi Klaudio Jiraldesin müqaviləsinin uzadıldığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı mütəxəssisin yeni müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub. 

Jiraldes 2024-cü ildən etibərən komandanın sükanı arxasındadır.

Qeyd edək ki, 41 xalı olan  "Selta" La Liqanın turnir cədvəlində altıncı yerdədir.