Fransalı UFC döyüşçüsü Fares Ziam Azərbaycan təmsilçisi Rafael Fiziyevə döyüş keçirməyi təklif edib.

Offsideplus.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Fiziyev döyüş təklifini qəbul etdiyini açıqlayıb.

Bu qarşıdurmanın Bakıdakı UFC tədbirində baş tutacağı gözlənilir.

Qeyd edək ki, Ziam hazırda yüngül çəki dərəcəsində reytinqdə 15-ci pillədə qərarlaşıb, Fiziyev isə 10-cu yerdədir.