"Liverpul"un futbolçusu Aleksandr İsak zədədən sonra əsas komanda ilə məşqlərə başlayacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arne Slot bildirib.

Mütəxəssisin sözlərinə görə, hücumçunun vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, Aleksandr İsak sonuncu dəfə ötən il dekabrın 21-də Premyer Liqada "Tottenhem"ə qarşı oyunda iştirak edib və həmin görüşdə zədələnib.