Bu il keçiriləcək futbol üzrə dünya çempionatında əsas favoritlər müəyyənləşib.

Offsideplus.az “GIVEMESPORT”a istinadən xəbər verir ki, turnirin əsas favoritləri arasında İspaniya lider göstərilir.

Ardınca Fransa, İngiltərə və son çempion Argentina və Braziliya gəlir.

Ekvador, Xorvatiya və Türkiyə isə sürpriz komandalar kimi dəyərləndirilir.

Şansı ən aşağı göstərilən komanda isə Haiti yığmasıdır.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Mundialda ilk dəfə 48 ölkənin yığması mübarizə aparacaq.