"Napoli"nin ulduz hücumçusu Romelu Lukaku ilə klub arasında yaranan gərginlik fonunda "Fənərbaxça" hərəkətə keçib.

Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliya klubu Lukakunun icazə müddəti bitməsinə baxmayaraq geri dönmədiyini açıqlayıb. "Napoli"nin idman direktoru Manna futbolçunun meneceri Pastorelloya hücumçunun heyətdən kənarlaşdırıldığını bildirib.

Yeni mövsümdə heyətinə dünya səviyyəli forvard qatmaq istəyən "Fənərbaxça" bu böhrandan yararlanmağı planlaşdırır. İstanbul təmsilçisinin 32 yaşlı ulduzun vəziyyətini yaxından izlədiyi və yay transfer pəncərəsində rəsmi addım atmağa hazırlaşdığı iddia edilir.

Qeyd edək ki, Lukaku bu mövsüm "Napoli" forması ilə cəmi 7 matçda (64 dəqiqə) meydana çıxıb və 1 qol vurub. Bazar dəyəri 12 milyon avro olan belçikalı oyunçunun İtaliya klubu ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.