"Qarabağ"ın futbolçusu Marko Yankoviç Monteneqro yığmasının heyətində növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, onun milli komandası yoldaşlıq oyununda Sloveniya ilə üz-üzə gəlib.

Qarşılaşmaya əsas heyətdə başlayan M. Yankoviç komandasının hər iki qolunun məhsuldar ötürməsinə imza atıb.

Lakin buna baxmayaraq Sloveniyanın qələbəsinə mane ola bilməyib.

Qonaqlar 3:2 hesablı qələbə qazanıb.