Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi komanda səfərdə Bolqarıstanın qonağı olub.

Plovdiv şəhərində keçirilən görüşdə qapılara qol vurulmayıb.

Beləliklə, U-21 yığmamız B qrupunda xalını 6 edib. Onlar 7 turdan sonra 5-ci yerdədir.