Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm mövsümə bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, XX turun sonuncu matçında A qrupunun iki iddialı komandası - "Sabah" və "Abşeron Lions" üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.
Hazırda "Sabah" 37 xalla turnir cədvəlinin zirvəsindədir. Rəqibindən cəmi bir xal geri qalan "Abşeron Lions" isə ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Sərhədçi" – "Sumqayıt" 93:89
"Ordu" – "Lənkəran" 107:65
"Naxçıvan" – "Quba" 103:96
"Gəncə" – "Şəki" 84:73
"Neftçi" – NTD 93:83


