Futbol üzrə Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirində Syerra Leone komandasını penaltilər seriyasında məğlub edərək turnirin qalibi olub.

Offsideplus.az xəbər verir ki, oyundan sonra "CBC Sport"a fleş müsahibəsində Ayxan Abbasov qələbəni şərh edib: 

"İlk öncə azarkeşlərə təşəkkür edirəm. Maraqlı oyun izlədilər. Oyundan əvvəl Syerra Leonenin yaxşı rəqib olduğunu demişdik. İlk hissəyə yaxşı başlamadıq. Üç gündən bir oyun keçirmək futbolçularda yorğunluğu biruzə verdi. Bu yolu keçməliyik. İkinci hissədə dəyişikliklərdən sonra komanda xarakter göstərdi. Belə komandalar ilə mübarizə aparmaq bizim xeyrimizə olacaq".

Qeyd edək ki, görüşün əsas vaxtı 1:1, penaltilər seriyası isə 9:8 hesabı ilə yekunlaşıb.