17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda bu gün növbəti matçına çıxacaq.
Offsideplus.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi yığmamız B liqasının 2-ci qrupunda son oyununda Malta yığması ilə qüvvəsini sınayacaq. Bolqarıstanın Plovdiv şəhərində yerləşən Nikola Şterev - Starika İdman Kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Qeyd edək ki, millimiz qrupdakı əvvəlki görüşlərində Malta (1:1) və Litva (0:0) seçmələri ilə bərabərə qalıb. Hazırda aktivində 2 xalı olan komandamız 4 kollektiv arasında 3-cü pillədə qərarlaşıb. Rəqib Malta isə hələlik xal qazana bilməyib və sonuncu yerdədir.
30 mart (bazar ertəsi)
14:00. Azərbaycan (U-17) – Malta (U-17)
Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi


