“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində millimiz Sumqayıtda Syerra Leone yığması ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, görüşü Özbəkistandan olan hakimlər briqadasının idarə edəcək. Oyunun baş hakimi Asker Najafaliyev olacaq. Ona İslom Azimov və Baxtiyorxuja Şavkatov köməklik göstərəcək, dördüncü hakim funksiyasını isə Axrol Ruskullayev yerinə yetirəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 19:00-da start götürəcək.
“FIFA Series - 2026”
19:00. Azərbaycan – Syerra Leone
Baş hakim: Asker Najafaliyev
Baş hakimin köməkçiləri: İslom Azimov, Baxtiyorxuja Şavkatov
Dördüncü hakim: Axrol Ruskullayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


