“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində futbol üzrə Azərbaycan milli komandası sabah Syerra Leone yığması ilə üz-üzə gələcək.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və yığmamızın üzvü Qismət Alıyev oyundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib. 

Ayxan Abbasovun fikirlərini təqdim edirik: 

"Bu turnirdə ikinci oyunumuza çıxırıq. Rəqib ilk oyuna çıxacaq, üstünlükləri var. Evdə oynayırıq, azarkeşlərimizin dəstəyi ilə qalib gəlmək istəyirik. Rəqib fərqlidir, reytinq baxımından bizdən öndədirlər. Əsas heyətdə 2 futbolçudan başqa hamısı buradadır. Futbolçularımızın bir-birinə uyğunlaşması bizim üçün vacibdir. Bundan sonra bir toplanışımız olacaq və rəsmi oyunumuza çıxacağıq. Yayda Malta, San Marino ilə qarşılaşacağıq. Sabahkı matça gəlincə, futbolçuların ilk oyundakı istəyindən daha çoxu ikinci matçda olacaq. Son məşqimizi edib, sabahkı oyuna çıxacağıq".

Qeyd edək ki, Azərbaycan - Syerra Leone oyunu 30 mart saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.