“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində futbol üzrə Azərbaycan milli komandası sabah Syerra Leone yığması ilə üz-üzə gələcək.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və yığmamızın üzvü Qismət Alıyev oyundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib. 

Qismət Alıyevin fikirlərini təqdim edirik: 

"Millimiz üçün vacib oyun gözləyir. Millətlər Liqası öncəsi belə oyunlar bizim üçün vacibdir. Qələbəsizlik seriyası vardı. Son oyunda inamlı çıxış edərək bu tilsimi qırdıq. Sabahkı oyunda da ən yaxşısını edib, qələbə qazanmağa çalışacağıq".

Qeyd edək ki, Azərbaycan - Syerra Leone oyunu 30 mart saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.