Tofiq Musayev UFC-də qazandığı ilk qələbədən savayı daha bir uğura sevinib. 

Offsideplus.az xəbər verir ki, azərbaycanlı döyüşçü və İqnasio Bahamondes arasında baş tutan döyüş UFC-də gecənin ən yaxşı döyüşü adına layiq görülüb. Bununla da 36 yaşlı MMA ulduzu 100 000 dollar bonus qazanıb. 

Qeyd edək ki, Tofiq çilili rəqibi İqnasio Bahamondesi üzərində 3 raundun sonunda qələbə qazanıb: 29-28, 29-27, 30-27.