İtaliya A Seriyasının "İnter Milan" klubu heyətində ciddi dəyişikliklərə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, klubun əsas müdafiəçisi Alessandro Bastoninin gedişi gündəmdə olduğu üçün rəhbərlik artıq onun əvəzləyicisini müəyyənləşdirib.

​İspaniyanın "Barselona" klubu artıq Alessandro Bastoni ilə rəsmi danışıqlara başlayıb. Müdafiəçinin Kataloniya təmsilçisinə keçid ehtimalının yüksək olması "neradzurrilər"i təcili tədbirlər görməyə vadar edib.

​Müdafiə xəttini gücləndirmək istəyən "İnter Milan" rəhbərliyi Riccardo Kalafiorini siyahının ilk sırasına yerləşdirib. Klub rəhbərliyi Kalafiorini Bastoninin gedişindən sonra yaranacaq boşluğu doldura biləcək ən uyğun namizəd kimi görür.