"Şəki"nin baş məşqçisi Bedri Meriç "Gəncə" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, türkiyəli mütəxəssis bunları söyləyib:

"Rəqibi təbrik edir, pley-offda uğurlar arzulayıram. Heyət probleminə rəğmən, oyunçularımın mübarizəsindən və meydandakı duruşundan razıyam. Ribaundlar xaric, sona qədər oyunda qaldıq və hətta qalib gələ bilərdik.

Matçın gedişatında bizdən asılı olmayan və feyr-pleyə sığmayan bəzi məqamlarla qarşılaşdıq. Meydanda qeyri-etik addımlar atılırsa, onun qarşılığına da hazır olmaq lazımdır. Biz də buna reaksiya verdik. Lakin bu, böyük məsələ deyil; əksinə, pley-in öncəsi sərt mübarizə baxımından bizə faydalı oldu.

İndi tam motivasiya ilə pley-in matçını gözləyirik. Rəqibimizə qarşı hazırlıqlıyıq, artıq bunu meydanda göstərmək zamanıdır. Oyunçularıma tam güvənirəm".

Qeyd edək ki, görüş "Gəncə"nin qəbələsi ilə başa çatıb - 84:73.