Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turu start götürür.

Offsideplus.az xəbər verir ki, bu gün B qrupunda yer alan komandalar münasibətləri aydınlaşdıracaqlar. 

Saat 15:00-da "Quba" kollektivi Quba Olimpiya Kompleksində "Naxçıvan"la qarşılaşacaq.

"Ordu" – "Lənkəran" və "Sərhədçi" – "Sumqayıt" duelləri isə "Sərhədçi" İdman Mərkəzində baş tutacaq. 

Bu qarşılaşmalar müvafiq olaraq saat 17:00 və 20:00-da start götürəcək.