21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv Bakıda Portuqaliya komandasını qəbul edib.

"Neftçi Arena"da təşkil olunan qarşılaşma saat 15:00-da başlayıb.

Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

U21 Avropa çempionatı, seçmə mərhələ 

Azərbaycan - Portuqaliya 0:4 

Qollar: Qonçalo Moreyra, 51. Tiaqo Parente, 54. Yussef Çermiti, 67.