“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində futbol üzrə Azərbaycan milli komandası sabah Sent Lüsiya yığması ilə üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Emin Mahmudov oyundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib.
"2026-cı ildə ilk oyunumuzdur. Yaxşı nəticə qazanmaq istəyəcəyik. Qələbə qazanmaq bizim üçün vacibdir. Millidə asan qələbə yoxdur. Yığma komandada bir ildir ki, qələbə qazana bilməmişik. Çalışacağıq ki, qazanaq".
Qeyd edək ki, Azərbaycan - Sent Lüsiya oyunu 27 mart saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.


