"Atletiko"nun futbolçusu Xulian Alvares karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Offsideplus.az xarici mətbuatına istinadən xəbər verir ki, "Arsenal" argentinalı hücumçunun xidmətində maraqlıdır.

26 yaşlı forvard özü də bu keçidə müsbət yanaşır.

Qeyd edək ki, Argentina millisinin üzvü olan Alvares “Atletiko”nun heyətində meydana çıxdığı 44 rəsmi matçda 17 qol və 9 məhsuldar ötürmə edib.