Fransa Liqa 1-in 29-cu turunun "Lans" - PSJ və "Brest" - "Strasburq" matçları keçirilməyəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqası məlumat yayıb.
Qərar PSJ və "Strasburq"un avrokubok oyunlarına yaxşı hazırlaşmaq üçün etdiyi müraciətdən sonra verilib.
Paris təmsilçisinin UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin "Liverpul"la aprelin 8 və 14-də oyunları var.
"Strasburq" isə UEFA Konfrans Liqasının 1/4 finalında "Maynts"la aprelin 9 və 16-da qarşılaşacaq.
Təxirə salınmış hər iki matç mayın 13-də keçiriləcək.


