PSJ rəhbərliyi hücumçu Li Kan İnlə müqavilənin müddətini uzatmayacaq.

Offsideplus.az RMC Sport-a istinadən xəbər verir ki, Paris klubu münasib təklif olacağı təqdirdə bu yay futbolçunun gedişinə mane olmayacaq.

İspaniyanın "Atletiko" və İngiltərənin "Aston Villa" klublarının hücumçuya maraq göstərdiyi bildirilib.

2023-cü ilin yayından PSJ-də çıxış edən cənubi koreyalı oyunçunun müqaviləsinin müddəti 2027/2028 mövsümünün sonuna qədərdir.

"Transfermarkt" portalı onun dəyərini 28 milyon avro qiymətləndirir.

Qeyd edək ki, Li Kan İn 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 39 matçda 4 qola, 5 məhsuldar ötürməyə imza atıb.