"Lill" Olivye Jirunun müqaviləsinin müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı hücumçu ilə  2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Fransa millisinin sabiq üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində 44 oyunda 11 qol vurub, 1 asist edib.