“Fənərbağça” "Borussiya"nın futbolçusu Julian Brandtı heyətinə cəlb etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "Fanatik"ə istinadən xəbər verir ki, klub rəhbərliyi Almaniya millisinin üzvü üçün danışıqlara başlamağı planlaşdırır.

29 yaşlı yarımmüdafiəçinin “Borussiya” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Yulian Brandt Almaniya təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.