Ceydon Sanço yenidən Almaniyada çıxış edə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Bildirilib ki, icarə əsasında “Aston Villa”da forma geyinən futbolçunun xidmətində ilə Dortmund “Borussiya”sı maraqlıdı.
25 yaşlı futbolçu da sabiq klubuna keçmək niyyətindədir.
Qeyd edək ki, Sanço bu mövsüm 31 oyunda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


