Futbol dünyasında ilin ən səs-küylü transferlərindən biri gerçəkləşmək üzrədir.

Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted"in braziliyalı ulduzu Kazemiro mövsümün sonunda İngiltərə klubundan ayrılacağını rəsmən açıqladıqdan sonra Devid Bekhemin sahibi olduğu "Inter Mayami" klubunun əsas hədəfinə çevrilib. 

​Klub rəhbərliyi Kazemironu keçən mövsüm karyerasını bitirən əfsanəvi Serxio Busketsin birbaşa əvəzləyicisi kimi görür. Lionel Messinin kapitanlıq etdiyi komandada orta sahənin müdafiə gücünü artırmaq istəyən Mayami təmsilçisi 34 yaşlı braziliyalını azad agent kimi heyətinə qatmağı planlaşdırır.

​Kazemiro artıq yanvar ayında "Old Trafford"dan ayrılacağını təsdiqləyib. Bu, onun yayda heç bir transfer haqqı olmadan istənilən kluba keçə biləcəyi deməkdir.

​Futbolçunun bu yaxınlarda ailəsi ilə birlikdə Mayamidə görüntülənməsi və klub rəhbərliyi ilə ilkin görüşlər keçirdiyi barədə xəbərlər şayiələri daha da alovlandırıb.

​Braziliyalı ulduz üçün tək namizəd "Inter Mayami" deyil. MLS-in digər nəhəngi "LA Qalaksi" də futbolçunu Maaş limiti xaricindəki oyunçu statusu ilə transfer etmək üçün yarışa qoşulub.