Almaniya Bundesliqasında 27-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, lider "Bayern Münhen" evində "Yunion Berlin"i qəbul edib.

Münhen təmsilçisi hər hissədə iki qol vuraraq görüşdən 4:0 hesablı qələbə ilə ayrılıb.

Serje Qnabri dubl edib, digər qolları Harri Keyn və Maykl Olise vurub.

"Bayern Münhen" 27 turdan sonra 70 xala malikdir. Onlar ən yaxın rəqibi Dortmund "Borussiya"sını (1 oyun az keçirib) 12 xal qabaqlayır.