Misli Premyer Liqasında XXV tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, turun sonuncu matçında "Turan Tovuz" Sumqayıtda "Qəbələ"ni qəbul edəcək.
Görüş saat 16:00-da başlayacaq.
"Turan Tovuz" 45 xalla 3-cü, "Qəbələ" isə 16 xalla 11-ci yerdədir.
MPL, XXV tur
21 mart (şənbə)
16:00 “Turan Tovuz” – “Qəbələ” 3:2
Qollar: Hayderson Hurtado, 3', 49', Joarlem Santos, 59' - Eşqin Əhmədov, 27', Roderik Miller, 90+7' (avtoqol)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Akif Əmirəli, Elçin Məsiyev
VAR: Əliyar Ağayev
AVAR: Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


