"Liverpul"la oyunda qolu qırılan "Qalatasaray"ın hücumçusu Viktor Osimhen durumu barədə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, hazırda vətənində olan 26 yaşlı forvard əməliyyata ehtiyac olduğunu bildirib:

"Əməliyyat olmalıyam. Amma qayıdışım maksimum 5-6 həftə çəkər".

Qeyd edək ki, "Qalatasaray" hazırda 64 xalla Super Liqada liderdir. Onlar bir oyun az keçirməyinə baxmayaraq ikinci yerdə gedən "Fənərbağça"dan 4 xal öndədir.