Bu axşam UFC London tədbiri baş tutacaq.

Offsideplus.az xəbər verir ki, gecənin əsas döyüşündə Movsar Evloyev və Leron Mörfi üz-üzə gələcək.

Bu döyüşün qalibi yarım-yüngül çəkidə (featherweight) kəmərin sahibi Aleksandr Volkanovski ilə qarşılaşacaq.

Bakı vaxtı ilə əsas kartın döyüşləri saat 22:00-dan etibarən başlayacaq.

Əsas kartın digər döyüşləri isə belədir:

Movsar Evloyev (66,2 kq) – Leron Mörfi (65,8 kq);

Lyuk Rayli (66,2 kq) – Maykl Asvell (65,8 kq);

Maykl Peyc (77,6 kq) – Sem Patterson (77,1 kq);

İvo Baranevski (93,4 kq) – Osten Leyn (93 kq);

Roman Dolidze (84,4 kq) – Kristian Leroy Dankan (84,4 kq);

Körtis Kempbell (65,8 kq) – Denni Silva (65,8 kq).