Misli Premyer Liqasında XXV turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, "Qarabağ" səfərdə "Kəpəz"lə qarşılaşacaq.

Çempionluq uğrunda mübarizəsini davam etdirmək istəyən Ağdam təmsilçisinin tək düşüncəsi qələbə qazanmaqdır.

Tərəflər arasındakı son matçda "Kəpəz" qələbə qazanıb.

"Qarabağ" 52 xalla ikinci yerdədir. Gəncə təmsilçisi isə 18 xalla 10-cu yerdədir.

MPL, XXV tur

20 mart (cümə)

15:00 “Kəpəz” – “Qarabağ”

Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev

VAR: Rauf Cabarov

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elman Musayev

Yevlax şəhər stadionu