Movsar Evloyev yaya qədər titul döyüşünə hazır olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, martın 21-də Londonda keçiriləcək turnirin əsas döyüşündə Leron Mörfi ilə qarşılaşacaq döyüşçü belə deyib:
"Mart, aprel, may... Normaldır. Döyüşdən sonra evə qayıtmaq fikrim yoxdur, ABŞ-da qalıb titul döyüşünü gözləmək istəyirəm. Üstəlik, "Volk" (Aleksandr Volkanovski) artıq sonuncu döyüşündən sonra özünə gəlib və növbəti qarşılaşmaya hazırlaşa bilər. May ayı mənim üçün də uyğundur".
Qeyd edək ki, Volkanovski sonuncu dəfə fevralın 1-də Dieqo Lopesə hakim səsçoxluğu ilə qalib gəlib və hazırda çəkidə hazırda kəmərin sahibidir.


