"Liverpul" klubu Çempionlar Liqasının 1/8 finalında "Qalatasaray"a qarşı keçirilən cavab oyunundan (4:0) sonra müdafiəçisi İbrahima Konateyə qarşı yönəlmiş irqçi təhqirləri sərt şəkildə qınayıb.

Offsideplus.az xəbər verir ki, fransalı müdafiəçinin sosial media hesabı oyun zamanı Viktor Osimheni qəsdən zədələdiyini iddia edən rəqib azarkeşlərin nifrət dolu şərhləri ilə dolub. Mersisayd təmsilçisi yaydığı rəsmi bəyanatda bu davranışı "iyrənc, qorxaq və insanlıqdan kənar" adlandırıb.

Klub sosial media platformalarını fəaliyyətsizlikdə ittiham edərək bildirib:

"Bu şirkətlərin nifrət dolu çıxışların qarşısını almaq üçün resursları var, lakin çox vaxt bunu etmirlər. İrqçilik futbolda və cəmiyyətdə yolverilməzdir."

"Liverpul" futbolçusuna tam dəstək verdiyini və günahkarların tapılması üçün rəsmi qurumlarla əməkdaşlıq edəcəyini açıqlayıb.