“Arsenal” və “Mançester Siti” rəhbərləri Pau Kubarsinin transferi ilə ciddi maraqlanır.
Offsideplus.az xəbər verir ki, xüsusilə “Mançester Siti”nin baş məşqçisi Pep Quardiola “Barselona”nın gənc müdafiəçisini komandasında görmək istəyir və klub mümkün barter variantını da nəzərdən keçirir.
Məlumata görə, bu təklifə “Barselona”nın maraq dairəsində olan Omar Marmuş da daxil edilə bilər.
Beləliklə, yay transfer pəncərəsində Kubarsi ətrafında ciddi rəqabət gözlənilir.


