Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə UEFA tərəfindən etimad qazanıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis 19 yaşadək (U-19) futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyunlarında hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Xudiyev B Liqasının 5-ci qrupunda baş tutacaq qarşılaşmaları idarə edən hakimlərin işinə qiymət verəcək. Bu qrupda ev sahibi Niderland ilə yanaşı, Şimali Makedoniya, Moldova və Farer adaları seçmələri mübarizə aparacaq. Sözügedən qrupun oyunları 25-31 mart tarixlərində Niderlandda keçiriləcək.


