“Sumqayıt” FK-nın baş sponsoru “Azərikimya” İB-yə akademiyanın U-14, U-15 (oğlanlar) və U-16 (qızlar) komandaları üçün maarifləndirici ekskursiya təşkil edilib.

Offsideplus.az xəbər verir ki, səfər zamanı gənc idmançılar müəssisənin baş direktoru Elnur Məmmədli ilə görüşüblər. Direktor onlara karyera və şəxsi inkişafla bağlı tövsiyələrini verib. Daha sonra futbolçular Etilen-Polietilen zavoduna yollanaraq istehsalat prosesi və müasir qurğuların iş prinsipi ilə yaxından tanış olublar.

Ekskursiyanın əsas məqsədi gənclərin dünyagörüşünü artırmaq və onları real iş mühiti ilə tanış etmək olub. Tədbirin sonunda təşkilatçılığa görə klubun vitse-prezidenti Aydın Xəlilova, akademiya meneceri Zərifə Bayramovaya və mütəxəssis Rəhim Əkbərova təşəkkür ifadə olunub.